Efir hazırlıqlarını davam etdirən APA TV daha bir verilişinin anonsunu yayıb.
ONA-nın xəbərinə görə, proqram “Hadisədən sonra” adlanır. Həftənin kriminal icmalını əks etdirəcək verilişin aparıcıları Orxan Məmmədli və Şamil Paşayev olacaq. Səs-küylü cinayətlərin təfərrüatlarını bilmək istəyirsinizsə, “Hadisədən sonra”nı qaçırmayın!