• SOSİAL

    13:38 3 may 2019

Aqil Abbas: “Nəvəmin çantasını götürə bilmirəm”

“Metroda kitab satışı qadağan olunub. Niyə qadağan olunub?”

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa söyləyib.

F.Mustafa deyib ki, hər yerdə siqaret vitrinlərə qoyularaq satılır: “Baxmayaraq ki, qanuna görə siqaret reklamı qadağandır. Kitab siqaret deyil, niyə metroda satışı qadağan olunmalıdır? Nəzərə alınmalıdır ki, kitab ən yaxşı maarifləndirici vasitədir”.

Birinci vitse-spiker Ziyafət Əsgərov bildirib ki, Bakıda kifayət qədər kitab satılan mağazalar var: “Şəxsən məndə 300-ə qədər kitab var. Kim istəyir, pulsuz verərəm, təki kitab oxuyan olsun”.

Millət vəkili Aqil Abbas məktəblərə kitab dolu çantaları daşıyan uşaqların belinin şikəst olduğunu söyləyib: “Mən nəvəmin çantasını götürə bilmirəm. Parlamentin komitəsi təhsil Nazirliyi ilə birlikdə gələn təhsil ilindən bu problemə son qoymalıdır”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, bəzi kağız materialları kitabların çəkisinin azaldılmasına kömək edə bilər: “İnanırıq ki, bu məsələni yoluna qoymaq olar. Bu istiqamətdə iş gedir, biz Təhsil Nazirliyi ilə bu məsələni həll edə bilərik”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR