“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mövsümi xarakterli tədbirlər planı imzalanıb. Hazırda Agentliyin regional bölmələri tədbirlər planını icra etməkdədir. Biz çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın və əhalinin sağlamlığı təhdid altında qalmasın”.
ONA-nın xəbərinə görə, bunu AQTA sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laborator fəaliyyət göstərir: “Bu laboratoriyalar dan 6-sı Abşeronda, 15 laboratoriya isə regionlarda yerləşir. Dövri olaraq bütün laborator müayinələrə nümunələr götürülür və ekspertizalar aparılır”.
Q. Təhməzli qeyd edib ki, keyfiyyətinə və təhlükəsizlik göstəriciləri şübhəli bilinən məhsulların idxalı qadağan olunur: “Əgər məhsulların keyfiyyətində və təhlükəsizlik göstəricilərində problem varsa, müvafiq olaraq tədbirlər həyata keçirilir”.