May ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1 534 müraciət daxil olub.
Agentlikdən ONA-ya verilən məlumata görə, daxil olan müraciətlərdən 298-i sertifikatlaşdırma və qeydiyyat, 313-ü idxal-ixrac əməliyyatları, 137-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 29 müraciət daxil olsa da, onlardan yalnız 17-si öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 119-u işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olub.