• SOSİAL

    14:15 1 iyun 2019

AQTA-nın sədri: "Abşeron xəstəliklərdən azad zona elan olunacaq"

"Abşeron xəstəliklərdən azad zona elan olunacaq". ONA-nın xəbərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Agentlik sədri bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Abşeronun zoonoz xəstəliklərdən (heyvanlardan insanlara keçən xəstəliklər – red.) azad zona elan edilməsinə müsbət rəy verib.

“Abşeron ərazisində həm fərdi təsərrüfatlar, həm də sahibkarlıq strukturlarının tabeliyində olan təsərrüfatlarda qeydiyyat aparılır. Qeydiyyat bitdikdən sonra Abşeron xəstəliklərdən azad zona elan olunacaq. Bundan sonra, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının prosedur qaydalara əsasən tədbirlərimizi həyata keçirəcəyik. Eyni zamanda, 2019-2025-ci illəri əhatə edən müvafiq Dövlət Proqramı çərçivəsində heyvanların identifikasiyasını və bütün mərhələlərdə izlənməsini də həyata keçiriləcək”, - Q. Təhməzli vurğulayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR