• SOSİAL

    15:12 22 aprel 2019

“ASAN Akademiya 2019” layihəsinə start verilib

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “ASAN Akademiya 2019” layihəsinə start verilib.

ONA xəbər verir ki, “ASAN Akademiya 2019” layihəsinin koordinatoru Türkan Şahvələdli layihə haqqında məlumat verib.

O bildirib ki, “ASAN Akademiya 2019” layihəsi artıq 5 ildir keçirilir: "Hazırda layihədə 50 gənc iştirak edir. Onlar 2 min müraciət arasından seçilən gənclərdir. 20 aprel-20 iyun 2019-cu il tarixini əhatə edəcək layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq, onları təcrübi biliklərə yiyələndirmək, həmçinin karyeralarında irəliləmələri üçün təkan verməklə intellektual potensiallarını düzgün dəyərləndirməkdir".

Layihə koordinatoru deyib ki, layihə müddətində iştirakçılar üçün peşəkarlar tərəfindən 6 modul - liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunacaq: "Burada bizim keçən il 700 bal toplayan gəncimiz və müxtəlif universitetlərində oxuyan gənclər iştirak edir. Layihəyə 16-25 yaş arası olan gənclər qoşulub ki, biz onlara müxtəlif özəl və dövlət qurumlarında təcrübə keçmək imkanı yaradacağıq. Layihənin təkcə təlim yox, praktiki hissəsi də olacaq. 6 modul keçdikdən sonra təlimçilər hər iştirakçı üzrə fikirlərini bildirəcək, sonda imtahan veriləcək, həmin imtahana uyğun olaraq müxtəlif dərəcədə diplomlar təqdim ediləcək".

T.Şahvələdli layihənin müsbət nəticələrindən danışaraq bildirib ki, 5 il ərzində bu layihə çərçivəsində müxtəlif dövlət orqanlarında, özəl şirkətlərə işə düzələn şəxslər olub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR