• SOSİAL

    12:18 15 may 2019

“ASAN Viza” ilə Azərbaycana gələn 1,3 milyon əcnəbiyə viza verilib

"ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizalar verilir. “ASAN Viza” ilə Azərbaycana gələn 1,3 milyon əcnəbiyə viza verilib".

ONA-nın xəbərinə görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, bura həm www.evisa.gov.az portalı vasitəsilə, həm də hava limanlarında verilən vizalar daxildir: "Hava limanlarında isə 376 000-dən çox turistə viza verilib. Artıq bir ildir ki, Azərbaycanın beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına yerində vizalar verilir. “ASAN Viza” vasitəsi ilə diplomatik səfərlər, Formula 1, Avropa Liqası və s. bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir. Hava limanlarında vizaların yerində verilməsi prosesi hər bir əcnəbi vətəndaşın orta hesabla 2 dəqiqə zamanını alır. 7 dildə fəaliyyət göstərən özünəxidmət terminalları və “ASAN Viza” əməkdaşları əcnəbilərin rahat şəkildə viza almasını təmin edirlər. Özünəxidmət terminallarından başqa xüsusi pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçirilir, bu isə öz növbəsində ölkəyə gələn əcnəbilərə vizaların verilməsinə dəstək göstərir".

F. Cəfərov qeyd edib ki, bu il Azərbaycana elektron viza üçün müraciət edən turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 72% artıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR