“ASAN Wi-Fi” sisteminə bu günə qədər 6 milyondan çox istifadəçi qoşulub
  • SOSİAL

  • 13:12 29 May 2019

“ASAN Wi-Fi” sisteminə bu günə qədər 6 milyondan çox istifadəçi qoşulub

Vətəndaşların dövlət tərəfindən yayımlanan məlumatlara çıxış imkanlarının artırılması və ictimai yerlərdə əhalinin sürətli və pulsuz internetə əlçatanlığının təmin edilməsi məqsədilə reallaşdırılan “ASAN Wi-Fi” layihəsi hesabat dövründə də davam etdirilib.

ONA-nın xəbərinə görə, “ASAN xidmət”in illik hesabatında bildirilib ki, “ASAN Wi-Fi” Bakı şəhərində yerləşən 1, 2, 3 saylı “ASAN xidmət” mərkəzlərində, 2 saylı “ASAN Kommunal” mərkəzində, Heydər Əliyev adına Beynəlxalq hava limanında quraşdırılıb.

“Gün ərzində 20 minə yaxın istifadəçinin istifadə etdiyi “ASAN Wi-Fi” sisteminə bu günə qədər 6 milyondan çox istifadəçi qoşulub. Sistem vasitəsilə 70-ə yaxın dövlət və özəl şirkətin müxtəlif xarakterli məlumat materialları vətəndaşlara çatdırılıb”, - hesabatda qeyd olunub.