• SOSİAL

    15:34 18 mart 2019

“ASAN xidmət” və “ASAN Kommunal” 5 gün işləməyəcək

Novruz Bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri iş günü olacaq.

“ASAN xidmət”dən ONA-ya bildirilib ki, martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq mümkündür.

Vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR