• SOSİAL

    15:00 8 may 2019

"ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri mayın 9-da işləməyəcək

9 may - Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, vətəndaşlar mayın 10-dan etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR