"ASAN Xidmət"ə 28 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
ONA-nın xəbərinə görə, bu müraciət 4 saylı Bakı "ASAN Xidmət" mərkəzinə Elida Ağasiyeva tərəfindən edilib.
O, Daxili İşlər Nazirliyinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətindən yararlanıb.
28 milyonuncu müraciətin sahibi kimi E.Ağasiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.