Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.
ONA-nın məlumatına görə, bu, bu gün Prezidentin fərmanı ilə ““Güzəştli mənzil” sistemi haqqında Əsasnamə””yə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə görə, Əsasnamənin 6.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilir.
Elektron sistemin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:
1. mənzili güzəştlə əldə etmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
2. mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
3. mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar;
4. mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
5. mənzili güzəştlə əldə etmək hüququna malik olan şəxslər barədə məlumatlar.