• SOSİAL

    10:55 1 mart 2019

Tibb Universitetində əmək haqları artırılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Şurasının qərarına əsasən, 2019-cu ilin mart ayının 1-dən etibarən universitetin bütün əməkdaşlarının əlavə əmək haqqı məbləğinin 20% artırılması barədə qərar qəbul edilib.

Bu barədə ONA-ya ATU-nun mətbuat xitmətindən bildiriblər.

Bundan əlavə, universitetdə ingilis dilində dərs deyən müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahan keçirilib. İmtahanda yüksək nəticə göstərən tam ştat işləyən müəllimlərin maaşlarına 120 AZN, yarım ştat işləyənlərə isə 60 AZN əlavə olunacağı haqqında qərar verilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR