• SOSİAL

    16:49 4 mart 2020

ATU-da koronavirusa qarşı təkrar dizenfeksiya işləri aparılıb

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Azərbaycan Tibb Universitetində (ATU) də hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

ATU mətbuat xidmətinin məlumatına görə, universitetin 5 tədris binası, 4 tədris klinikası, 4 tələbə yataqxanası, 1 inzibati binası, idman kompleksi və Elmi-Tədqiqat Mərkəzi ikinci dəfə dezinfeksiya olunub, virus əleyhinə dərman səpilib.

Xatırladaq ki, ATU-da koronavirusa qarşı dezinfeksiya işləri hələ xəstəlik haqqında ilkin xəbərlər yayılmağa başlayanda aparılmışdı. Ümumiyyətlə, hər tədris ilinin əvvəlində universitetin bütün tədris korpusları və klinikaları virus əleyhinə dezinfeksiya olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR