• SOSİAL

    15:07 5 aprel 2019

Tibb Universitetinin tələbələri pulsuz müayinə olunacaqlar

Azərbaycan Tibb Universitetinin Elmi Şurasının növbəti iclasında tələbələrlə bağlı mühüm qərar verilib.

Universitetdən ONA-ya verilən məlumata görə, Şuranın qərarına əsasən, Tibb Universitetində təhsil alan tələbələr ATU-nun klinikalarında ödənişsiz müayinə olunacaqlar.

Bu qərar tələbələrin sosial rifah halının daha da yaxşılaşmasına, onların xərclərinə qənaət etməsinə kömək edəcək. Aksiya həm də səhhəti ilə bağlı problemi olan tələbələrə dərhal tibbi yardım göstərilməsinə, onların problemlərinə daha operativ müdaxilə olunmasına kömək edəcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR