• SOSİAL

    11:58 16 may 2019

Avroliqanın finalı ilə bağlı 39 təcili yardım briqadası ayrılıb

UEFA Avropa Liqasının final oyunu ilə bağlı 39 təcili tibbi yardım briqadası ayrılıb.

Bu barədə ONA-ya Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Baş həkim bildirib ki, 10 təcili tibbi yardım briqadası ehtiyatda qalacaq: “Yerdə qalan digər təcili tibbi yardım briqadaları qonaqların yaşadıqları ərazilərdə, məşqlərin keçirilmə zonasında və bilavasitə Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcəklər”.

R. Nağıyev Avropa Liqasının finalı ilə bağlı mayın 25-dən etibarən təcili tibbi yardım xidmətinin gücləndirilmiş rejimdə çalışacağını da vurğulayıb.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR