Səhiyyə Nazirliyi Bakıda Avropa Liqasının finalı ilə bağlı Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan şikayətlərin yekun sayını açıqlayıb.
Nazirlikdən ONA-ya verilən məlumata görə, ümumilikdə təcili yardıma 47 müraciət qeydə alınıb. Onlardan 19- xarici ölkə, 28 nəfər Azərbaycan vətəndaşıdır: “3 nəfər hospitalizasiya edilib. Artıq onlar evlərinə buraxılıblar. Həmin şəxslərdən 2-si xarici, biri yerli sakin olub. Ümumilikdə müraciət edənlər əsasən baş ağrısı, alkoqol intoksikasiyası, təzyiq, travma (yıxılıb xəsarət alanlar), mədə ağrılarından şikayət ediblər”.
***
10:29
Avroliqanın finalı ilə bağlı gücləndirilmiş rejimdə çalışan Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub.
Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, çağırışlar nəticəsində 3 nəfər hospitalizasiya olunub. Müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır. Xəstəxanaya yerləşdirilən şəxslərdən 2-si xarici, biri azərbaycanlıdır.