"UEFA Avropa Liqasının finalı ilə bağlı "ASAN Viza” əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər".
ONA-nın xəbərinə görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı 2 dəfədən çox artırılıb.
F. Cəfərov qeyd edib ki, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib və UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.
Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar.