• SOSİAL

    12:56 11 aprel 2019

Avropa İttifaqı Azərbaycanın beş rayonunda yeni layihə həyata keçirir

Bakıda "Covcheg" layihəsinin birinci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

ONA-nın məlumatına görə, "Covcheg" layihəsi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə "Slow Food" (İtaliya), Heyvanların Mühafizəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası ilə birgə keçirilir.

"Slow Food"un proqram koordinatoru Anna Kanşiyevanın sözlərinə görə, "Covcheg" layihəsinin məqsədi Böyük Qafqaz dağları regionunda kiçik sahibkarlara yardım etməklə Azərbaycan iqtisadiyyatının diversifikasiyasına dəstək olmaqdır: "Azərbaycan daxilində müxtəlif torpaq və iqlim şəraitinin olması müxtəlif növ bitki genetik resurslarına və heyvanat növlərin mövcudluğuna şərait yaradır. Bu layihənin ilk mərhələsi ənənəvi məhsulların, cinslərin və qida məhsullarının inventarlaşdırılması və onların daha geniş istehsal və emalı üsulları üçün əsaslar yaradıb".

Heyvanların Mühafizəsi İctimai Birliyinin sədri Azər Qasımov deyib ki, layihə Azərbaycanın rayonunda - Qəbələ, İsmayıllı, Qax, Şəki, Şamaxıda həyata keçirilir. Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Avropa İttifaqı və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələri günü-gündən daha da inkişaf edir: "Üzərində çalışdığımız yeni saziş də buna dəlalət edir və hazırda onun üzərində gərgin iş gedir. Bu saziş bütün sahələri əhatə edəcək".

Aİ-nin bu layihəni reallaşdırmaqda məqsədi Azərbaycan regionlarının inkişafına töhfə verməkdir. Layihəyə 2018-ci ilin sentyabrında start verilib və 2021-ci ilin avqustuna kimi davam edəcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR