May ayının 1-dən 15-dək ölkəmizdə keçiriləcək 3-cü "Imagine" Avropa Tolerantlıq Festivalının birinci tədbiri məhz metropolitenin “İçərişəhər” stansiyasının vestibülündə baş tutub.
“Bakı Metropoliteni”ndən ONA-ya verilən məlumata görə, tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniildis və “Bakı Metropoliteni” QSC-nin əməkdaşları iştirak ediblər.
Səfir Kestutis Yankauskas Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində əlaqələrin dərinləşdirilməsi, inteqrasiyanın sürətləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsində artıq 3-cü dəfədir keçirilən Festivalın əhəmiyyətini vurğulayıb.
Konsertdə əslən Çilidən olan belçikalı saksofonçu Marselo Monkada çıxış edib.