Ötən il işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilib.
APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatı”nda yer alıb.
Hesabatda qeyd edilib ki, 2021-ci ildə innovativ həllərin, yeni texnologiyaların tətbiqi çərçivəsində mülti-sensor cihazlar ilə təchiz edilmiş dronlar vasitəsilə minalanmış ərazilərin kənardan tədqiq edilməsinə başlanılıb. Yeni texnologiyaların tətbiqi nəticəsində işğaldan azad olunmuş ərazilərdə ümumi həcmi 18 min hektar olan müxtəlif sahələr üzrə təhlükəli obyektlər və onların koordinatlarını əks etdirən məlumatlar Minatəmizləmə Agentliyinə (ANAMA) təqdim olunub. Ayrı-ayrı mənbələrdən toplanmış informasiyaların təhlili əsasında işğaldan azad edilmiş və müharibənin təsirinə məruz qalmış 210 kənddə minalanmış ərazilər müəyyən edilib.