• SOSİAL

    18:36 14 yanvar 2022

Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barəsində (10.01.2021-ci il vəziyyətinə görə) məlumatı açıqlayıb.

AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə 0-17, 23-45, 51-52, 57-65, 71-72, 74-81-ci km hissələrdə torpaq yatağının tikintisi, 1, 27, 34, 37, 50, 62, 79-cu km-də körpülərin, 52, 71, 77, 78, 80-ci km-də tunellərin və 60, 68-ci km-də alt keçidlərin tikintisi aparılır.

Məlumata görə, yolun uzunluğu 81.6 km, I texniki dərəcəlidir, 6-4 hərəkət zolaqlıdır.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu:

Texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.

Görülmüş işlər: 12-13 km-də torpaq yatağında qazma işləri, 12.8 km (10x5) və 13.3 km-də (6x5) suötürücü boruların inşası davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 750 m təşkil edir. 12.8-13-cü km-də mövcud kanalların köçürülməsi davam edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

Kəlbəcər-Laçın avtomobil yolu:

Texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km.

Görülmüş işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2% təşkil edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

Texniki göstəriciləri: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

Görülmüş işlər: torpaq işləri 78%, torpaq yatağının və yol geyimi tikintisi işləri 20%, boruların tikintisi 95%, yol nişanları 82% icra olunub.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu:

Texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.

Görülmüş işlər: 0-23, 35-76, 82-83, 94-95, 101-112-ci km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 30%, boru və keçidlərin tikintisi 29%, körpülərin tikintisi 27% icra olunub. Ümumi uzunluğu 6 km təşkil edən 3 avtomobil tunelinin inşası işlərinə start verilib.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu:

Texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

Görülmüş işlər: Qubadlı-Laçın istiqamətində ilk 37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, körpülərin tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 34%, yol geyimi 6%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 27 % icra olunub. Ümumi icra vəziyyəti 24% təşkil edir.

Qubadlı-Eyvazlı avtomobil yolu:

Texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

Görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil

Texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

Görülmüş işlər: torpaq işləri 55%, yol geyimi 13%, boru və keçidlərin tikintisi 59%, körpülərin tikintisi 53% icra olunub.

Füzuli-Hadrut avtomobil yolu:

Texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 70% icra olunub.

Hadrut-Tuğ-Azıx avtomobil yolu:

Texniki göstəriciləri: 22,0 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

Görülmüş işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır. Paralel olaraq mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 1.4 km-lik hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m hissədə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılir və yeni yol əsası inşa edilir.

Bərdə-Ağdam avtomobil yolu

Texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

Görülmüş işlər: torpaq işləri 49,6%, yol geyimi 13,5%, boru və keçidlərin tikintisi işləri 37,8%, körpülərin tikintisi 87,9% icra olunub.

Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu:

Texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

Görülmüş işlər: Yolun ilk 8.5 km və 10-22 km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR