• SOSİAL

    15:55 7 may 2019

Azad Rəhimov İrana səfər edəcək

Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Gənclər və İdman Nazirliyinin beynəlxalq məsələlər idarəsinin rəhbəri Mandana Rəsuli deyib.

Onun sözlərinə görə, A.Rəhimov iranlı həmkarı Məsud Sultanifər və Milli Olimpiya Komitəsinin sədri Rza Salehi Əmiri ilə görüşəcək.

May ayının 12-də baş tutacaq səfər çərçivəsində A.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Azadi stadionuna da baxış keçirəcək.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR