• SOSİAL

    10:08 26 yanvar 2020

AZAL: Tələbələr Naxçıvana gətirildikdən sonra xüsusi reyslə Bakıya çatdırılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin təxliyəsi üçün tədbirlər görülür.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, avtobusla Naxçıvana gətirildikdən sonra tələbələr “Azərbaycan Hava Yolları” tərəfindən xüsusi reyslə Bakıya çatdırılacaq.

Təxliyə olunmuş tələbələrin sayının 80 nəfər olacağı gözlənilir.

Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının rəhbərliyi məsələni diqqət mərkəzində saxlayır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR