• SOSİAL

    11:45 5 mart 2019

“Azerbaijan Design Award”ın qalibləri müəyyənləşib

Ötən şənbə günü Azərbaycanda ilk dəfə təşkil olunan "Azərbaycan Dizayn Mükafatı”nın (Azerbaijan Design Award) təqdimat mərasimi keçirilib.

ONA-nın xəbərinə görə, Azerbaijan Design Award layihəsinin təşəbbüskarları Rəhim İsmayılov, Ramin Nəsirov və Elşən Quliyevdir. Layihənin məqsədi bu sahənin ölkəmizdə inkişafı və rəqabətin artmasıdır.

Müsabiqəyə 250-dən çox azərbaycanlı gənc dizayner işlərini göndərib. Xarici ekspertlərin də təmsil olunudğu münsiflər heyəti işlərə baxıb, 8 nominasiya üzrə beş əsər finalçı olub. Bütün əsərlər kodlaşdırılıb və münsiflər heyətinə tamamilə anonim şəkildə təqdim edilib.

Seçimdən sonra qaliblər açıqlanıb:

Brendinq kateqoriyasının qalibi - Ramin Həsənəlizadə

Sənaye dizaynı kateqoriyasının qalibi - Ayla Mirzəzadə

Qablaşdırma dizaynı kateqoriyasının qalibi - Rahib Dəmirqaya

İnteryer, eksteryer kateqoriyasının qalibi - Ayaz Bağırov

İllutrasiya kateqoriyasının qalibi - Vüsalə Zeynallı

Veb dizaynı kateqoriyasının qalibi - Kamran Mədətli

Print, outdoor kateqoriyasının qalibi - Mirelvin Məmmədhəsənli

Tətbiqetmə kateqoriyasının qalibi - Amal Əlili

Tədbirin sonunda mükafatlar qaliblərə təqdim olunub.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR