• SOSİAL

    15:41 28 mart 2019

Azərbaycan Dövlət Dəniz Akademiyası işçi axtarır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası vakant yerlərə işçi axtarır.

ASCO-dan ONA-ya verilən məlumata görə, akademiya 2019/2020-ci tədris ilində ingilis dilli qruplarda adları aşağıda göstərilən fənləri tədris etmək üçün əməyi saathesabı (yüksək tariflə) ödənilməsi şərtilə baş müəllim, dosent və professorların (pedaqoji iş təcrübəsi və ingilis dili səviyyəsi yüksək olanlara üstünlük verilir) müqavilə əsasında işə qəbulunu elan edir:

Azərbaycan tarixi

Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları

Fəlsəfə

İnformatika

Tərsimi həndəsə və mühəndis qrafikası

Materialşünaslıq və materiallar texnologiyası

Gəmi elektrik avadanlıqları

Tətbiqi mexanika

Gəmi quruluşu və nəzəriyyəsi

Dəniz naviqasiyasının texniki vasitələri

Mülki müdafiə

Dənizdə həyat fəaliyyətinin təhlükəsizliyi və dəniz mühitinin qorunması

İngilis dili

Riyaziyyat

Kimya

Fizika

Sənədlər iyunun 15-dək Azərbaycan Dövlət Dəniz Akademiyasının Zərifə Əliyeva küçəsi, 18 ünvanında yerləşən əsas binasında qəbul edilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR