• SOSİAL

    18:29 6 fevral 2020

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncama əsasən, Təhsil Nazirliyi ADNSU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayında ADNSU-nun fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR