• SOSİAL

    12:30 29 aprel 2020

Azərbaycan dövlət sərhədində giriş-çıxışa tətbiq olunan qadağa mayın 31-dək uzadılıb

Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir.

ONA xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR