• SOSİAL

    16:54 17 aprel 2019

Azərbaycanda efir məkanının təhlükəsizliyi və kənar yayımlara qarşı mübarizə üçün tədbirlər planı hazırlanacaq


Azərbaycan ərazisində efir məkanının təhlükəsizliyi və kənar yayımlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1539-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncamda əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə Azərbaycan ərazisində efir məkanının təhlükəsizliyi və kənar yayımlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər planının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, “Telekommunikasiya haqqında” qanuna edilən dəyişikliyə əsasən telekommunikasiya operatorlarının vəzifələri artırılıb. Telekommunikasiya operatorlarının vəzifələri sırasına operator və ya provayderin telekommunikasiya şəbəkəsinə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə tədbirlər görmək daxil edilib.

Telekommunikasiya operatoru mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR