• SOSİAL

    12:54 2 oktyabr 2019

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib

Bu gün Bakı Muzey Mərkəzində Azərbaycan - İsrail (“Azİz”) Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) Baş direktoru Lev Spivak deyib ki, təşkilatın əsas məqsədlərindən biri beynəlxalq münasibətlərin, xarici iqtisadi və siyasi əlaqələrin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.

O, Azərbaycan dövlətinin mövqeyinin İsrail dövlətinə və dünyaya çatdırılmasının Assosiasiyanın hədəflərindən olduğunu vurğulayıb.

İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycan və İsrail arasında strateji əlaqələrdən, xalqlar arasında mövcud olan birlikdən danışıb. Səfir təşkilatın fəaliyyətinin ölkələr arasında əlaqələri daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı Rasim Musabəyov “Azİz”-in tarixi barədə məlumat verib.

Millət vəkili Rauf Əliyev Azərbaycan və İsrail arasında dostluq əlaqələri barədə çıxış edib.

Tədbirdə İsrailin müxtəlif şəhərlərindən olan nümayəndələr Azərbaycan və İsrail arasında əlaqələr haqqında öz təəssüratlarını bölüşüblər.

Daha sonra prosedura uyğun olaraq qurumun nizamnaməsini qəbul edilib.

Bundan sonra keçirilən səsvermə nəticəsində Vahid Bayramov Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri seçilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR