• SOSİAL

    12:57 15 aprel 2019

Azərbaycan İlahiyyat İnstitutunun internet saytı fəaliyyətə başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı fəaliyyətə başlayıb.

İnstitutdan ONA-ya verilən məlumata görə, rəsmi sayt Aİİ haqqında mövcud məlumatları əks etdirməklə yanaşı, həmçinin yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq.

İnternet-saytın ana səhifəsində “Haqqımızda”; “Struktur”; “Qəbul”; “İnstitut həyatı”; “Beynəlxalq əlaqələr” və “Nəşrlər” bölmələri yer alıb.

Saytın rus və ingilis dillərində də səhifələri mövcuddur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR