• SOSİAL

    12:17 3 may 2019

Azərbaycan insan alverinə qarşı mübarizədə 3 ölkə ilə razılaşma əldə edib

Bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb.

ONA-nın məlumatına görə, parlamentdə çıxış edən Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov deyib ki, hər bir ölkədə insan alveri sabitliyə təhlükə yaradan əsas amillərdən biridir.

V. Eyvazov qeyd edib ki, insan alverinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülür: “Keçən il dünyada 17 min 880 insan alveri cinayətinin 100 mindən çox qurbanı müəyyən edilib”.

Azərbaycanda insan alverinə qarşı qanunvericilik səviyyəsində atılan addımlardan, dövlət başçısının fərman və sərəncamlardan danışan Milli Koordinator nəzərə çatdıırb ki, ölkəyə gələn və ölkədən gedən minlərlə insana insan alveri barədə xəbərdarlıq xarakterli broşurlar təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən insan alverinə qarşı mübarizə üzrə layihələrə 115 min manat ayrılıb: “Mənşə və təyinat ölkələrindən Türkyiə, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri ölkələrinin nümyaəndələri ilə görüşlər keçirilib, insan alveri ilə bağlı axtarışda olan isanların təhvil verilməsi və digər sahələrdə razılıqlar əldə edilib”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR