• SOSİAL

    14:30 25 mart 2019

Azərbaycan Londonda keçirilən Novruz festivalında təmsil olunub

Azərbaycan Londonda keçirilən Mərkəzi Asiya Yaz festivalında təmsil olunub.

ONA-nın Avropa bürosu xəbər verir ki, “University College London”da (UCL) keçirilən festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi Mərkəzi Asiya ölkələri də iştirak edib.

Azərbaycan üçün ayrılan stenddə ölkəmizin milli musiqi alətləri, geyim və folklor nümunələri, şirniyyat növləri, ölkəmiz haqqında turistik nəşriyyatlar, habelə Dağlıq Qarabağ haqqında kitablar, broşürlər, çay dəsgahı nümayiş etdirilib.

Festivalda Azərbaycanın istedadlı tarzənlərindən olan Rafiq Rüstəmovun və digər sənətkarların ifasında Azərbaycan xalq mahnıları səslənib. Novruz festivalına Londonda yaşayan çoxsayılı Azərbaycan diaspor üzvləri, tələbələr böyük maraq göstərib.

Aytən Abbaslı

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR