• SOSİAL

    18:40 3 aprel 2019

Məhkəmələrdə nəzərdə tutulmuş kargüzarlıq xərcləri birbaşa hakimlərin bank hesablarına köçürülə bilər

Azərbaycan məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesablarına köçürülə bilər.

ONA-nın xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” bu gün imzaladığı fərmanda nəzərdə tutulur.

Fərmanda Ədliyyə Nazirliyinə tapşırılıb ki, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin.

Maliyyə Nazirliyi isə məhkəmələrdə mövcud olan iş yükünü nəzərə alaraq, onlara məhkəmə icraatının təmin edilməsi, o cümlədən kargüzarlığın aparılması üçün ayrılan vəsaiti ehtiyaclara uyğun artırmalıdır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR