• SOSİAL

    11:45 12 may 2023

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO

Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə ilə Ağstafa rayonunda vida mərasimi olub.

APA-nın yerli bürosunun məlumatına görə, mərasim Vurğun qəsəbəsində, şəhidin evində keçirilib.

Mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi başa çatdıqdan sonra şəhid Vurğun qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Orxan Novruzəlizadə 1998-ci il təvəllüdlü Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. İki ilə yaxın Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO  - YENİLƏNİB Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO  - YENİLƏNİB Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO  - YENİLƏNİB Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO  - YENİLƏNİB Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO  - YENİLƏNİB Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO  - YENİLƏNİB Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO  - YENİLƏNİB Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO  - YENİLƏNİB

ONA

Teqlər:

SON XƏBƏRLƏR