• SOSİAL

    14:05 6 fevral 2023

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

ONA FHN-ə istinadən xəbər verir ki, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB

ONA

Teqlər:

SON XƏBƏRLƏR