Azərbaycan Prezidentinin tapşırığına əsasən yola salınmış FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb - [color=red]VİDEO[/color]
  • SOSİAL

  • 18:32 06 Fevral 2023

Azərbaycan Prezidentinin tapşırığına əsasən yola salınmış FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.

Hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR