"2016-cı il 1 fevral tarixindən Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin vətəndaşları üçün beynəlxalq hava limanlarında “ASAN viza” verilir. 2016-cı ildə Səudiyyə Ərəbistanından Azərbaycana 7463 turist gəlib. 2017-ci ildə bu rəqəm 33 mini ötüb, 2018-ci ildə isə 73 min nəfər olub".
ONA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının V iclasında Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov bildirib.
Nazir deyib ki, bu səfərlər əsasən yay turizmi ilə əlaqədardır: “İki ölkə arasında daimi birbaşa uçuşların həyata keçirilməsi Səudiyyə Ərəbistanı vətəndaşlarının qış turizmi üçün Azərbaycana gəlməsinə imkan yaradacaq. Əminəm ki, bu məsələ də bu iclasda geniş müzakirə ediləcək”.