Azərbaycan Texniki Universitetinə rektor təyin edilib.
ONA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Vilayət Vəliyev 2009-cu ildən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə vitse-prezidenti, 2018-ci ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədridir.
O, 2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.