"İDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilməkdə olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə qaytarılması ilə bağlı işlər davam etdirilir".
ONA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
O qeyd edib ki, tarixən Qafqaz zubrları Azərbaycan ərazisində məskunlaşıb və bu gün onlar ölkə təbiətinə qaytarılır: "Azərbaycana 8 baş Qafqaz zubru gətirilib. Bu işlər davam etdiriləcək və mayın sonuna kimi ölkədə Qafqaz zubrlarının sayı 20-yə çatacaq. Zubrlar bir müddət Şahdağ Milli Parkının İsmayıllı rayonunun ərazisində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq".