• SOSİAL

    17:25 24 noyabr 2021

Azərbaycana 99000 doza “Pfizer” vaksini gətirilib

Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksin dərman vasitəsi gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiirlib. Qeyd olunub ki, əlavə olaraq ötən həftə 99000 doza vaksin ölkəyə çatdırılıb.

Azərbaycanda ehtiyatda olan “Pfizer-Biontech” vaksininin sayı da açıqlanıb.

Qeyd olunub ki, hazırda 162 450 doza “Pfizer- Biontech” vaksini anbarda ehtiyatda var. Əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.

Xatırladaq ki, ÜST Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib. Məktuba əsasən, “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkədə istifadə olunan “Pfizer-Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR