Keçən il Azərbaycana gəlmiş turistlərin sayı 2017-ci illə müqayisədə 6 faiz artıb.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2018-ci ildə turistlərin sayı 2017-ci illə müqayisədə 153 min nəfər artaraq 2,8 milyon nəfərə çatıb.