"Dünən Azərbaycana gələn ÜST-ün ekspertləri tərəfindən koronavirusun müəyyənləşdirilməsi üçün daha 3000 test gətirilib".
ONA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, daha öncə də 1000 test gətirilmişdi: "Azərbaycan hökuməti özü də laboratoriyalardan bu testlərdən alır. Bu testlərdən düzgün istifədə etmək lazımdır. Çünki heç bir şey limitsiz deyil. Testlərin də dünyada istehsal məsələsi var. Hazırda diaqnostik testlərlə bağlı dünyada bir problem yoxdur, amma diqqətli istifadə etmək vacibdir. Yaxın zamanda Azərbaycanda testlərlə bağlı problem yaşanacağını düşünmürəm".