"2019-2020-ci il miqrasiya sahəsi dinamik inkişaf edib və ölkəyə səfər edən əcnəbilərin sayı artıb".
APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bu ilin 2 ayı əzində ölkəyə gələn miqrantların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb: "Olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayında 0,4 faiz artım müşahidə edilib. Müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayı 29 faiz artıb. Daimi yaşama icazəsi üzrə 13 faiz, iş icazəsi üzrə 16 faiz, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün üzrə 23 faiz artım qeydə alınıb. Readmissiya olunan şəxslərin sayı 52 faiz artıb".
DMX rəisi vurğulayıb ki, 2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz azalma deməkdir.