Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.
APA-nın məlumatına görə, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında bildirilir.
Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib.
Hazırda 433 sinif distant formada tədrisə davam edir.