• SOSİAL

    16:57 14 mart 2019

Azərbaycanda 2 milyon nəfər tibbi müayinədən keçib

Səhiyyə müəssisələrində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə fevralın 12-dən başlanan tibbi müayinə tədbiri uğurla icra olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, 12 fevraldan 12 martadək ümumilikdə 1 947 274 ölkə vətəndaşı icbari dispanzerizasiyadan keçib. Bunlardan 926 744-ü kişi, 1 020 530-u qadındır.

Müayinələr zamanı ümumilikdə 2932 nəfərdə infeksion, 879 nəfərdə yenitörəmələr, 5075 nəfərdə qanyaradıcı xəstəliklər, 5026 nəfərdə endokrin və s xəstəliklər aşkarlanıb.

Bundan əlavə, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.

Aşkarlanmaların nəticəsi olaraq 19 810 nəfər dispanser qeydiyyata götürülüb. 36 092 nəfər sağlamlaşdırılıb, 7389 hospitalizə olunub, 623 503 nəfər isə əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.

Qeyd edək ki, mayın 12-dək ölkə əhalisi qeydiyyatda olduğu yerli tibb müəssisələrində, poliklinikalarda pulsuz tibbi müayinədən keçə bilər.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR