• SOSİAL

    13:14 24 aprel 2019

Azərbaycanda 20 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən xəbərə görə, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 25-də gün ərzində havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR