Səhiyyə Nazirliyi tərəfindən növbəti dəfə 22 ədəd buynuz qişa transplantantı ölkəyə gətirilib.
Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Milli Oftalmologiya Mərkəzinin cərrahları Fərəh Abdulaliyeva, Cəmil Həsənov, Emil Hüseynov və Fidan Ağayeva tərəfindən buynuz qişaların transplantasiyası əməliyyatları keçirilib.
Buynuz qişalar uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb.
Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.