Nazirlər Kabineti “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”ni açıqlayıb.
ONA-nın məlumatına görə, qərara əsasən, abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə beynəlxalq səviyyədə akkreditasiya olunan aşağıdakı təhsil proqramları üzrə aparılır:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
- Yüksək yerləşdirmə (Advanced Placement).
Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılır. Abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. 3 təhsil proqramı ilə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas və tədris ili üçün keçid balı aşağıda göstərilən ixtisaslar üzrə və keçid ballarının minimum və maksimum hədləri əsasında Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir.
Sıra №-si |
İxtisaslar |
Proqramlar üzrə keçid ballarının minimum və maksimum hədləri |
||
Beynəlxalq Bakalavriat Diplom Proqramı |
Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə)
|
Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə) |
||
1. |
Beynəlxalq münasibətlər |
28-35 |
C və ya B |
3 və ya 4 |
2. |
Biologiya |
26-30 |
C və ya B |
3 və ya 4 |
3. |
Biotibbi texnologiya mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
4. |
Biznesin idarə edilməsi |
26-30 |
C və ya B |
3 və ya 4 |
5. |
Cihazqayırma mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
6. |
Dövlət və bələdiyyə idarəetməsi |
28-30 |
C və ya B |
3 və ya 4 |
7. |
Dövlət və ictimai münasibətlər |
28-35 |
C və ya B |
3 və ya 4 |
8. |
Dünya iqtisadiyyatı |
26-30 |
C və ya B |
3 və ya 4 |
9. |
Ekologiya mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
10. |
Elektroenergetika mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
11. |
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
12. |
Fizika |
26-30 |
C və ya B |
3 və ya 4 |
13. |
Geofizika mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
14. |
İnformasiya texnologiyaları |
26-30 |
C və ya B |
3 və ya 4 |
15. |
İnşaat mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
16. |
İqtisadiyyat |
28-35 |
C və ya B |
3 və ya 4 |
17. |
Jurnalistika |
26-30 |
C və ya B |
3 və ya 4 |
18. |
Kimya |
26-30 |
C və ya B |
3 və ya 4 |
19. |
Kimya mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
20. |
Kompüter elmləri |
26-35 |
C və ya B |
3 və ya 4 |
21. |
Kompüter mühəndisliyi |
26-35 |
C və ya B |
3 və ya 4 |
22. |
Maliyyə |
26-30 |
C və ya B |
3 və ya 4 |
23. |
Marketinq |
26-30 |
C və ya B |
3 və ya 4 |
24. |
Menecment |
26-30 |
C və ya B |
3 və ya 4 |
25. |
Metrologiya, standartlaşdırma və |
26-30 |
C və ya B |
3 və ya 4 |
26. |
Mexanika mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
27. |
Mexatronika və robototexnika |
26-30 |
C və ya B |
3 və ya 4 |
28. |
Mühasibat uçotu və audit |
26-30 |
C və ya B |
3 və ya 4 |
29. |
Neft-qaz mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
30. |
Politologiya |
26-30 |
C və ya B |
3 və ya 4 |
31. |
Proseslərin avtomatlaşdırılması |
26-30 |
C və ya B |
3 və ya 4 |
32. |
Psixologiya |
26-30 |
C və ya B |
3 və ya 4 |
33. |
Riyaziyyat |
26-30 |
C və ya B |
3 və ya 4 |
34. |
Sənaye mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
35. |
Sənayenin təşkili və idarə olunması |
26-30 |
C və ya B |
3 və ya 4 |
36. |
Sistem mühəndisliyi |
26-30 |
C və ya B |
3 və ya 4 |
37. |
Sosiologiya |
26-30 |
C və ya B |
3 və ya 4 |
38. |
Turizm və otelçilik |
25-28 |
C və ya B |
3 və ya 4 |
39. |
Aqronomluq |
25-28 |
C və ya B |
3 və ya 4 |
40. |
Hüquqşünaslıq |
30-34 |
C və ya B |
3 və ya 4 |
41. |
Memarlıq |
25-28 |
C və ya B |
3 və ya 4 |
Həmin 3 beynəlxalq təhsil proqramı üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri üzrə həmin proqramlar çərçivəsində topladıqları ballar nəzərə alınmaqla həyata keçirilir. “Müvafiq üç imtahan fənni” dedikdə, Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri başa düşülür.