Prezident İlham Əliyevin tapşırığı ilə 0-3 yaşa qədər uşaqlara müavinətin artırılması məsələsinə baxılacaq.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadi Rəcəbli bildirib.
H.Rəcəbli deyib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə tapşırıq verilib, müvafiq qanun layihəsi hazırlanır.